Erməni siyasətçi: Dəyişən dünyada Ermənistanın strategiyası yoxdur

post-img

Ermənistandakı “Həyat üçün ölkə” partiyasının həmtəsisçisi Mesrop Arakelyan hesab edir ki, bu ölkənin baş naziri Nikol Paşinyan idarəçilik və diplomatik bacarıqlardan tamamilə məhrumdur.

“Caliber” xəbər verir ki, o, bu barədə öz Facebook səhifəsində yazıb.

“Nikol Paşinyanın xarici siyasətinin biabırçı vəziyyəti onun idarəçilik və diplomatik bacarıqlarının tam olmamasının nəticəsidir. Ermənistanın xarici siyasəti yalnız görüşlər və çıxışlarla məhdudlaşır, gündəlik diplomatik iş tələb olunur, bunu bütün normal ölkələr görür.

Bununla belə, ilk növbədə bizim üçün strateji əhəmiyyət kəsb edən ölkələrdəki səfirlərimizin siyahısına baxanda başa düşürsən ki, ən yaxşı halda onlar şəhər bələdçisi kimi işləyə bilərlər. Diplomatik komandanı təkcə ixtisaslı diplomatlarla deyil, həm də bu ölkələrdə təsir gücünə malik olan insanlarla doldurmaq lazımdır. Dəyişən dünyada Ermənistan heç bir strategiyası yoxdur”, - Mesrop Arakelyan yazdı.

 

Rizvan FİKRƏTOĞLU

XQ

 

Siyasət