Türkiyə və Tacikistan Əfqanıstana yardıma başlayıb

post-img

Ankara və Düşənbə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə Əfqanıstana yardım göstərməyə başlayıblar,

Bu barədə TASS-a Əfqanıstanın Moskvadakı səfirliyindən məlumat verilib.

Qeyd olunub ki, müxtəlif ölkələrdən Əfqanıstana yardımlar edilir. Kabil yardım göstərilməsi ilə bağlı hələlik Moskvaya müraciət etməyib.

Xatırladaq ki, oktyabrın 7-də Əfqanıstanda 6,2 bal gücündə zəlzələ baş verib. Təbii fəlakətin episentri 272 min nəfərin yaşadığı Heratdan 42 km şimal-qərbdə olub. Bildirilib ki, 2,4 mindən çox sakin həlak olub, ən azı 2 min nəfər yaralanıb.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Dünya