Sergey Lavrov: Gözlərimiz önündə çoxqütblü dünya düzəni yaranır

post-img

Dünyada kardinal, tektonuk dəyişmələr baş verir. Bu fikri BMT Baş Assambleyasının bu yaxınlarda başa çatmış 78-ci sessiyasındakı diskussiyalar da təsdiq etdi. Bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov oktyabrın 10-da XİN-in saytında dərc etdirdiyi məqaləsində yazır. Məlumatı “İzvestiya.ru” verib.

RF XİN başçısı qeyd edir: “Gözlərimiz önündə yeni, bəşəriyyətin mədəni-sivil müxtəlifliyini əks etdirən daha ədalətli çoxqütblü dünya düzəni canlanır”.

Lavrov yazır ki, dünyada əksəriyyət qlobal rifahın daha ədalətli bölüşdürülməsini və sivil müxtəlifliyə hörmət tələb edir, ancaq eyni zamanda, ABŞ başqa olmaqla Qərb dövlətlərinin kiçik qrupu yeni müstəmləkəçilik metodları ilə hadisələrin təbii gedişatını dayandırmağa və özlərinin sürüşkən domunanlıqlarını qoruyub saxlamağa çalışır. 

Xatırladaq ki, bu il oktyabrın 5-də RF Prezidenti Vladimir Putin də bəyan etmişdi ki, qlobal dayanıqlı sülh hamı özünü təhlükəsizlikdə hiss edəndə və fikirlərinə hörmətlə yanaşıldığını biləndə bərqərar olacaq. Onun sözlərinə görə, əgər hansısa ölkə hegemonluğa can atırsa və dünya sistemində özbaşınalıq hökm sürürsə, o zaman hər kəs zərbə altına düşə bilər. 

 

Paşa ƏMİRCANOV

XQ

Dünya