Baş Prokuror: Müharibə cinayətkarlarının axtarışları davam edir

post-img

Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi dövründə erməni terroru ilə bağlı Hərbi Prokurorluq, Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən çoxsaylı cinayət işləri açılıb və davam etdirilir.

Bu fikirləri  Gəncədə ermənilərin raket hücumu nəticəsində dağılan əraziləri ziyarət edərkən Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, müharibə cinayətkarlarının axtarışları davam edir.

“Gəncəyə raket zərbələrinin edilməsi, dinc əhalinin xüsusilə də uşaqlar, qadınlar və yaşlıların öldürülməsindən 3 il ötür. Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində biz bu cinayəti törədənlərin bir qismini məsuliyyətə cəlb etmişik, istintaq davam edir,”- deyə K.Əliyev bildirib.

Daha sonra Kamran Əliyev “Qələbə” parkında ermənilərin raket hücumu nəticəsində dağılan əraziləri ziyarət edib, həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül dəstəsi düzüb.





Sosial həyat