Azərbaycanlı alim beynəlxalq konfransda çıxış edib

post-img

         Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsinin elmi islər uzrə dekan müavini Sevinc Əliyeva Bolqarıstanın Muqəddəs Kliment Oxridsku adına Sofiya Universitetində “Azərbaycan Dili və Mədəniyyeti Mərkəzinin 10 illiyi” munasibətilə keçirilən “Azərbaycan Avropa və Asiyanin kəsişməsində” adli beynəlxalq elmi konfransda istirak edib.
         Tədbirin açılışında çıxış edən Azərbaycanın Bolqarıstandakı Fovqəladə və Səlahiyyətli səfiri Hüseyn Hüseynov iki ölkə arasında mədəni əlaqələrin, eləcə də ana dilimizin hərtərəfli inkişafında, dövlət dilinə çevrilməsində, diplomatiya aləminə yol açmasında, dünyanın ən mötəbər tədbirlərində eşidilməsində xüsusi xidmətləri olan elm adamlarına elmi fəaliyyətlərində ugurlar arzuladı.

BDU-nun dosenti Sevinc Əiyeva “Azərbaycan dilciliyində ədəbi dillə dialektlərin qarsılıqlı əlaqəsinin elmi-nəzəri prinsipləri” adli məruzə ilə cıxıs etdi. Ölkə xaricində yaşayan soydaşlarımızın üzərinə Azərbaycanın dəyərlərini tanıtmaq kimi mühüm bir missiyanın düşdüyünü vurğulayan məruzəçi qeyd etdi ki, ana dili hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən güclü vasitədir. 

Tədbirdə geniş məruzələrlə çıxış edən  Sofiya  Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şıqayeva, Turkologiya kafedrasinin mudiri professor Irina Saraivanova, kafedranın dosenti Milena Iyordanova və basqaları Azərbaycan dilinin zənginliyindən, onun bolqar dili ilə muqayisəli təhlilindən danısdılar.

Beynəlxalq elmi konfransda Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin rəhbəri, professor Sevinc Əliyevanın  məruzəsi də dinlənildi.

XQ

 

Elm