Elçin Əmirbəyov: Qarabağı tərk edən erməni sakinlər qayıtmaq hüququnu özlərində saxlayır

post-img

Qarabağı tərk edən erməni sakinlər qayıtmaq hüququnu özlərində saxlayırlar.

Bu barədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi El­çin Əmirbəyov Fransanın “Radio J” radio kanalına müsahibəsində bildirib.

Aparıcının “Siz effektiv şəkildə izah edirsiniz ki, Qarabağda yaşayan ermə­nilər getməkdə və qalmaqda sərbəstdir­lər... Niyə onların hamısı getməyi seçib­lər” sualına cavabında Elçin Əmirbəyov deyib:

“Bəli, bu, çox yaxşı sualdır. Ona görə ki, biz, Azərbaycan hökuməti olaraq an­ti-terror tədbirləri başlayandan bəri mülki əhaliyə elan etmişdik ki, onlar bu hərbi tədbirlərin hədəfi deyillər. Əksinə, çalışıl­dı ki, onlar qalmaqlarına əmin edilsinlər. Bilmirəm. Ola bilər ki, qeyri-qanuni se­paratçı qurum bütün silah-sursatı təh­vil verdikdən sonra mülki əhalı öz təh­lükəsizliyindən çox əmin olmadı. Hətta bir həftədən bəri onların yerlərini tərk etməmələri üçün çox cəhdlər olmuşdu. Onlara lazımi humanitar yardımlar göstə­rilmişdi. Dərman preparatları, ambu­lanslar, digər ləvazimatlar göndərilmişdi. Elektrik verilişi bərpa edilmişdi. Radio və televiziyalar vasitəsi ilə də analoji çağı­rışlar edilmişdi ki, həmin əhali arasında panika olmasın. Bu həqiqətdir ki, evlərini tərk etmək qərarı onların özlərinin şəxsi və könüllü qərarıdır. Biz bundan təəssüf hissi keçiririk. Bir daha deyilir ki, əlbəttə, bu insanlar, onlar öz evlərinə qayıtmaq hüququnu özlərində saxlayırlar”.

XQ

Siyasət