Azərbaycan Ermənistanla sülh quruculuğunda maraqlıdır

post-img

Oktyabrın 2-də xarici işlər naziri Ceyhun Bayramov Anqlikan Kilsəsinin dini rəhbəri, Kentenberi Arxiyepiskopu Castin Velbi ilə görüşüb.

Görüşdə Azərbaycanda mövcud olan dinlərarası harmoniya, tolerantlıq və multikulturalizm ənənələri haqda ətraflı məlumat verən nazir Ceyhun Bayramov əhalisinin əksəriyyəti müsəlman olan ölkəmizdə İslam dini ilə yanaşı, xristian, yəhudi və digər dinlərə mənsub insanla­rın qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıb.

Müxtəlif xalqların mədəni və dini irsinə hərtərəfli diqqət və qayğının təmin edildiyi Azərbaycanın nümunəvi dövlət-din mü­nasibətlərinin mövcud olduğu ölkələrdən biri olduğu, belə bir şəraitdə xristian həm­vətənlərimizin öz adət-ənənələrini, dini inanclarını, mədəniyyətlərini sərbəst şə­kildə yaşadaraq ölkəmizin sosial-mədəni həyatının bütün sahələrində fəal iştirak et­dikləri müqabil tərəfin diqqətinə çatdırılıb.

Nazir Ceyhun Bayramov, həmçinin Ermənistanın və onun ölkəmizdə qurduğu qondarma rejimin 30 ilə yaxın müddətdə regional sülh və təhlükəsizliyə törətdiyi çağırışlar barədə ətraflı məlumatlandı­rıb, Azərbaycanın beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə özünün suve­ren ərazisində həyata keçirdiyi lokal anti­terror tədbirlərini şərtləndirən səbəblərdən bəhs edib. 

Nazir Ceyhun Bayramov Azərbayca­nın qarşılıqlı şəkildə ərazi bütövlüyü və suverenlik çərçivəsində Ermənistanla sülh quruculuğunda maraqlı olduğunu bildirib.

Səfir Edqars Skuya etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi 

Həmin gün Ceyhun Bayramov Lat­viyanın ölkəmizdəki yeni təyin edilmiş səfiri Edqars Skuya ilə görüşüb. Səfir etimadnaməsinin surətini nazirə təq­dim edib.

Nazir Ceyhun Bayramov səfir Edqars Skuyanı təyinatı münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzu­layıb.

Görüşdə Azərbaycan və Latviya ara­sında əməkdaşlıq məsələləri, habelə cari regional vəziyyət müzakirə olunub.

XQ

Siyasət