Türk Dövlətləri Təşkilatı birliyin qurucu razılaşması olan 2009-cuil Naxçıvan Bəyannaməsinin ildönümü ilə bağlı paylaşım edib.
TDT-nin mətbuat xidməti sosial şəbəkədə qeyd edib: “Türk Dövlətləri Təşkilatının qurucu razılaşması olan Naxçıvan Bəyannaməsinin 14-cü ildönümü və bu münasibətlə elan edilən 3 Oktyabr – Türk Dövlətləri Əməkdaşlığı Günümüz mübarək olsun! Biz birlikdə daha güclüyük!”.
Xatırladaq ki, Naxçıvan Bəyannaməsi 2009-cu il oktyabrın 3-də Türkdilli Ölkələrin Dövlət Rəhbərlərinin IX Zirvəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən imzalanan və Türk Şurasının yaranmasına gətirib çıxaran tarixi sənəddir.
XQ