Türkiyə Prezidenti: Azərbaycanın ərazi bütövlüyünü qoruması üçün atdığı addımları dəstəkləyirik VİDEO

post-img

“Bir millət, iki dövlət” şüarı ilə hərəkət etdiyimiz Azərbaycanın ərazi bütövlüyünü qoruması üçün atdığı addımları dəstəkləyirik.

XQ xəbər verir ki, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasındakı çıxışında deyib.

"Ermənistanın başda Zəngəzur dəhlizinin açılması olmaqla verdiyi sözləri yerinə yetirməsini gözləyirik. Artıq hamının qəbul etdiyi kimi, Qarabağ Azərbaycan torpağıdır. Bundan başda bir statusun zorla qəbul etdirilməsi əsla qəbul olunmayacaq”, - deyə Türkiyə Prezidenti bildirib.


Siyasət