Qırğız qəzeti erməni yalanlarını pislədi

post-img

Qırğızıstanın “Veçerni Bişkek” qəzeti Laçın yolu ətrafında vəziyyət və Ermənistanın siyasi manipulyasiyaları haqqında məqalə dərc edib. Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron ilə telefon danışığı əsnasında Ağdam–Xankəndi yolunun açılmasından sonra Laçın–Xankəndi marşrutunun gömrük və sərhəd rejiminə əməl olunmaqla istifadə ediləcəyi barədə fikirləri yer alıb.

Sonra Azərbaycanın Qırğızıstan­dakı səfiri Lətif Qəndilova istinadla ya­ranmış vəziyyətin təfərrüatları diqqətə çatdırılıb. Məqalədə vurğulanır ki, Er­mənistan Azərbaycan ərazisindən tam şəkildə çıxarmadığı hərbi birləşmələri­nin təchizatı və saxlanması imkanların­dan məhrum olması, həmçinin təbii eh­tiyatların qeyri-qanuni hasilatını həyata keçirməyin mümkün olmadığı reallığı ilə barışa bilmir, bu səbəbdən beynəlxalq ictimaiyyətə yanlış məlumatlar verir. 

Məqalədə daha sonra qeyd edilir: “Azərbaycan Prezidenti İlham Əliyevin erməni əhalisinin ölkəmizin tamhüquqlu vətəndaşları olması barədə bəyanatına rəğmən Ermənistan bütün dünyaya car çəkir ki, guya Azərbaycan Qarabağın er­məniəsilli sakinlərini blokadada saxlayır və orada əsl humanitar böhran mövcud­dur.

Məhz belə olan vəziyyətdə Azər­baycan Beynəlxalq Qırmızı Xaç Ko­mitəsi vasitəsilə Qarabağın erməniə­silli əhalisinə 40 ton un göndərib. Lakin həmin yük bir həftədən artıqdır ki, Ağ­dam–Xankəndi yolunda qalıb. Trası bağlayan erməni separatçıları bildirirlər ki, “heç bir vəchlə, hətta acından öl­sələr belə”, bu yükü buraxmayacaqlar. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tamamilə düzgün qeyd edib ki, Laçın yolu ətrafında vəziyyət huma­nitar deyil, siyasi xarakter daşıyır”.

XQ

Siyasət