Mərakeşdə zəlzələ qurbanlarının sayı 1000 nəfəri ötüb

post-img

Mərakeşin Daxili İşlər Nazirliyi zəlzələ nəticəsində 1037 nəfərin öldüyünü, 1204 nəfərin isə müxatəlif dərəcəli xəsarət aldığını bildirib.

Məlumatlara görə, 721 nəfərin vəziyyəti ağırdır. Hazırda dağıntılar təmizlənir, buna görə də qurbanların sayı arta bilər.

“Sky News Arabia” məlumat verir ki, zəlzələ bir neçə dəqiqə davam edib, yeraltı təkanlar zamanı sakinlər küçələrə axışıblar. “Əl-Cəzirə” televiziya kanalı şəhərin YUNESKO-nun irsi siyahı­sına daxil edilmiş tarixi hissəsinin qismən dağıldığını bildirib.

Xatırladaq ki, zəlzələ cümə günü yerli vaxtla saat 23:11-də baş verib. ABŞ Geoloji Xidmətinin məlumatına görə, ye­raltı təkanların episentri Atlas dağlarında 18,5 km dərinlikdə yerləşib. Yeraltı təkanlar hətta Portuqaliya və Əlcəzairdə də hiss olunub. Amerikalı ekspertlər zəlzələnin maqnitudasını 6,8, Mərakeş Milli Geofizika Mərkəzi 7,2 bal gücündə qiymət­ləndirirlər.

XQ

Dünya