Türkiyə və BƏƏ prezidentlərinin Dehli görüşü

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hindistanda keçirilən “Böyük iyirmilik” (G20) sammiti çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb.

Bu barədə Türkiyə mətbua­tı məlumat yayıb. Görüş zamanı ikitərəfli münasibətlər, əməkdaşlı­ğın inkişafı üçün gələcək addımlar, o cümlədən aktual regional və qlo­bal problemlər müzakirə olunub.

Mətbuata qapalı şəraitdə ke­çirilən görüşdə Türkiyə xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, Prezi­dent Administrasiyası yanında Kommunikasiya şöbəsinin müdiri Fəxrəddin Altun və başqaları iştirak edib.

Dünya