Britaniyanın Ukraynaya yeni dəstəyi

post-img

Böyük Britaniya Ukraynanı “Scimitar MK2” zirehli kəşfiyyat vasitələri ilə təchiz edəcək. Bu barədə Britaniyada yerləşən müdafiə sənayesi şirkəti “Rheinmetall BAE Systems Land” (RBSL) bildirib.

Şirkətin verdiyi məlumatlara görə, Britaniya öz ordusuna məxsus bir sıra CV­R(T) “Scimitar MK2” vasitələrinin Ukraynaya göndərilməyə hazır olması üçün iş­lərə başlayıb.

“Hazırda Britaniya ordusunda xidmətdə olan vasitələrin texniki xidməti, təmiri və yol sınaqlarının aparılması istiqamətində işlər davam edir. Bu səy bizə 32 gün ərzində Ukraynaya 23 vasitə göndərməyə imkan verib”, – deyə şirkətin verdiyi açıqlamada qeyd olunub.

“Scimitar” özünümüdafiə üçün 30 mm-lik “Rarden” topunu daşıyan zirehli dö­yüş vasitəsidir. Bütün variantlarda vasitə yüngül çəkisi və kiçik ölçüləri sayəsində son dərəcə üstün manevr imkanlarına malikdir.

XQ

Dünya