“Paşinyanın kobud səhvləri Azərbaycana böyük üstünlüklər verir”

post-img

Erməni politoloqun fikrincə, indiki vəziyyət regionu yeni müharibəyə aparacaq

“Armİnfo” xəbər portalı sentyab­rın 5-də Aleksandr Avanesov adlı bir müəllifin “Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların yenilən­məsi riski nəzərəçarpacaq dərəcədə böyümüşdür” adlı məqaləsini vermiş­dir. Müəllif bu qənaətini Vahe Ovan­nesyanın “Alternativ layihələr” eks­pert qrupunun araşdırmalarına əsasən qələmə aldığını bildirir. 

“Alternativ layihələr”in məqaləsində göstərilir ki, Ermənistan baş naziri Nikol Paşinyanın danışıqlar prosesində burax­dığı kobud səhvlər nəticəsində yaran­mış vəziyyət bizi müharibəyə sürükləyir. Məhz onun səhvləri üzündən Azərbay­canda “Artsax” (Qarabağ iqtisadi rayo­nu) və Ermənistan ərazisindəki 8 anklavı almaq barədə böyük gözləntilər yaran­mışdır. Ekspertlər qrupu hesab edir ki, vəziyyət son dərəcədə gərgindir və ona görə də reallığı (Yəqin ki, Azərbaycanın yaratdığı yeni reallıqları nəzərdə tutur –İ. M.) dəqiq qiymətləndirərək, irəli getmək lazımdır.

Ovannesyanın qrupunun fikrincə, Ermənistanın indiki rəhbərliyi Əliyevin (Azərbaycan Prezidenti nəzərdə tutulur– İ. M.) səbrinə köklənmişdir. O səbir ki, Ba­kının addımlarını həmişə dəqiq korrektə edir və sığortalayır. Qərbin, Rusiyanın, Türkiyənin və Azərbaycanın bütün bə­yanatları Ermənistana “Əliyevin səbri”ni xatırladır. 

Əliyevin səbri bizim öz səhvimiz uc­batından üz-üzə qaldığımız real faktor və təəssüf ki, yeganə “ölçü vahidi”dir. Bəs onun səbri nə qədər davam edəcək?.. Bir ay, iki ay? Problem bunda deyil. Bi­zim vəzifəmiz bu blokdan dəqiq hesab­lamalar nəticəsində çıxmaqdan ibarətdir. Mühasirə məntiqi, vasitəçilərin davranışı, Rusiya ilə münasibətlərin durmadan gər­ginləşməsi sübut edir ki, bu proses bizi müharibəyə doğru aparır. 

Hamıya məlumdur ki, danışıqlar pro­sesi məhz dəqiq olmayan mündəricələrə görə nəticəsiz başa çatmışdır. Bu, Er­mənistanın problemidir. Bu gün biz, təx­minən, 2020-ci ilin yayındakı vəziyyətdə­yik. Nikol bunu çox yaxşı başa düşür. O anlayır ki, danışıqların pozulması birbaşa müharibə deməkdir. 

Müəllifin fikrincə, Rusiya ilə münasi­bətlərin bu səviyyədə pisləşdirilməsi son dərəcə avantürist addımlar idi. Hakimiy­yətin hesablamaları aydındır: Bu vəziy­yət Nikol Paşinyana bəzi şəxsi şanslar verəcək, ancaq dövlət üçün fəlakətlə nə­ticələnəcək. 

Təqdim etdi:
İttifaq MİRZƏBƏYLİ
XQ

Siyasət