Ceyhun Bayramov Aİ komissarına Zəngəzur dəhlizinin açılmasının əhəmiyyətindən danışıb

post-img

Sentyabrın 5-də xarici işlər naziri Ceyhun Bayramov Macarıstana səfəri çərçivəsində Budapeştdə Avropa İttifaqının (Aİ) qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Oliver Varhelyi ilə görüşüb.

Nazir Ceyhun Bayramov Azərbaycan ilə Aİ arasın­da çoxşaxəli əməkdaşlıq gündəliyinin mövcudluğunu qeyd edərək, bu xüsusda bir sıra, o cümlədən siyasi, iqtisadi, ticarət, nəqliyyat, enerji təhlükəsizliyi və sair sahələrdə münasibətlərin inkişaf səviyyəsinin məm­nunluq doğurduğunu bildi­rib. Azərbaycan və Aİ ara­sında imzalanması nəzərdə tutulan yeni hərtərəfli sa­ziş layihəsinin əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində mühüm rol oynaya biləcəyi diqqətə çat­dırılıb. 

Bağlantılar sahəsində Azərbaycanın Orta Dəhliz - Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun po­tensialının genişləndirilmə­si istiqamətində irəli sür­düyü təşəbbüslərdən bəhs edən nazir Ceyhun Bayra­mov bu xüsusda bölgədə bütün nəqliyyat və kom­munikasiyaların, o cümlə­dən Zəngəzur dəhlizinin açılmasının prosesə əhə­miyyətli töhfə ola biləcəyini qeyd edib.

Ceyhun Bayramov, həm­çinin postmünaqişə mər­hələsində bölgədə mövcud vəziyyət, bölgədə yaşayan erməni əhalinin reinteqra­siyası istiqamətində Azər­baycan tərəfindən atılan ad­dımlar, habelə Ermənistanın sülh prosesinə xələl gətirən təxribatları haqqında qarşı tərəfi ətraflı məlumatlandı­rıb.

XQ

Siyasət