TAP 7,59 milyard kubmetr Azərbaycan qazı nəql edib

post-img

Bu ilin əvvəlindən Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə 7,59 milyard kubmetr həcmində “mavi yanacaq” ötürülüb.

TAP AG konsorsiumunun yaydığı məlumatda, həmçinin adıçəkilən boru kəməri vasitəsilə 2020-ci ilin dekabrın 31-dən indiyədək ümumilikdə 27,09 milyard kubmetr qaz nəql edilib. Bunun 1,37 milyard kubmetri Bolqarıstana, 2,85 milyard kub­metri Yunanıstana, 22,65 milyard kubmetri isə İtaliyaya göndə­rilib.

Xatırladaq ki, Azərbaycan qazının Avropaya tədarükü Cə­nub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri vasitəsilə 2020-ci ilin sonunda başlayıb. Hazırda kəmə­rin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir və 2027-ci ilin sonunadək 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulub.

TAP-ın ümumi uzunluğu 878 kilometrdir ki, bunun da 550 ki­lometri Yunanıstanın şimal hissəsindən, 215 kilometri Albaniya ərazisindən, 105 kilometri Adriatik dənizinin dibi ilə, 8 kilometri isə İtaliya ərazisindən keçir.

XQ

İqtisadiyyat