Nazir Macarıstan Milli Assambleyasının sədri ilə görüşüb

post-img

Dünən xarici işlər naziri Ceyhun Bayramov Macarıstana rəsmi səfəri çərçivəsində Macarıstan Milli Assambleyasının sədri Laslo Köver ilə görüşüb.

Nazir Azərbaycan və Macarıstan arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, enerji təhlükəsizliyi, humanitar, təhsil, mədəniyyət və sair sahələr üzrə inkişaf edən əlaqələrin səviyyəsinin məmnunluq doğurduğunu qeyd edib. 

İkitərəfli münasibətlərin inkişaf di­namikasının davamı olaraq bir sıra beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşı­lıqlı faydalı əməkdaşlığın mövcud oldu­ğu diqqətə çatdırılıb. 

Ceyhun Bayramov postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və yeni reallıqlar barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Ermənistanın ölkəmizə qarşı hərbi-siyasi təxribatları­nı davam etdirməsinin, ərazilərimizdən silahlı qüvvələrini hələ də tam olaraq çıxarılmamasının bölgədə dayanıqlı sülhün bərqərar olmasına maneə törət­diyi, əsas təhdid mənbəyi olduğu vur­ğulanıb. Bununla yanaşı, bölgəmizdə davam edən genişmiqyaslı mina təhdi­di diqqətə çatdırılıb. 

Azərbaycanın Qarabağ bölgəsində məskunlaşmış erməni sakinlərin cə­miyyətimizə reinteqrasiya prosesinin tərkib hissəsi kimi onların tələbatları­nın ödənməsi üçün Ağdam-Xankəndi yolunun açılmasının və buna paralel olaraq Laçın yolundan istifadənin in­tensivləşməsi təklifinin rədd olunduğu qeyd edilib.

Milli Assambleyanın sədri Laslo Kö­ver, Azərbaycan və Macarıstan arasın­da strateji xarakter daşıyan əlaqələrin inkişafında ali və yüksək səviyyəli tə­masların, parlament sədrləri ilə yanaşı, parlament dostluq və ekspert qrupları arasında sıx əməkdaşlığın rolunun va­cibliyini qeyd edib. 

XQ

Son xəbərlər