Qarabağ erməniləri heç nədən korluq çəkmirlər

post-img

Onların ehtiyat taxılı da var, turşusu da, tut arağı da 

“Ağdama çatdırdığımız humanitar yükü məlum səbəblərdən Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərə hələ təhvil verə bilməmişik”.

Azərbaycan Qızıl Aypara Cəmiy­yətinin vitse-prezidenti Qafar Rüstəm­zadənin qəzetimizə verdiyi məlumata görə, altı gündür 40 ton un rus sülhmə­ramlılarının postunda gözləməkdədir.

Q.Rüstəmzadə 40 ton unun Qara­bağ iqtisadi zonasında yaşayan erməni sakinlərə mütləq çatdırılacağını söylə­di. Hazırda cəmiyyətin əməkdaşlarının və könüllülərin qurduqları çadırlarda qaldıqlarını diqqətə çatdıran vitse-pre­zident ərazidən bir addım belə geri çəkilməyəcəklərini dedi: “Bölgədə mü­vəqqəti yerləşdirilmiş Rusiya sülhmə­ramlı kontingentinin rəhbərliyi ilə danı­şıqlar aparıldı, amma hələlik konkret nəticə yoxdur. Yəni o tərəfdən bizə nə “hə” deyiblər, nə də “yox”. 

Vitse-prezident Qafar Rüstəmzadə onu da əlavə etdi ki, Qarabağ ermənilə­rinin aclıqdan əziyyət çəkdikləri barədə deyilənlər kökündən yalan və dezinfor­masiyadır: “Təkcə Ağdərə rayonunun məhsuldar torpağında yetişdirilən taxıl, kartof, tərəvəz məhsulları onlara illərlə bəs edər. Ermənilərin özlərinə yaylıq, qışlıq ehtiyat azuqə toplamaqda nə qədər usta oldurlarını isə hamımız çox yaxşı bilirik. Onların hər mövsüm üçün ehtiyat taxılı da, tərəvəzi də, turşusu da yetərincədir. Sadəcə “humanitar böhran”, “aclıq” kimi ideoloji şoulardan Azərbaycana siyasi təzyiq forması kimi istifadə etməyə çalışırlar. Amma bunla­rın hamısı boş cəhdlərdir”. 

Xatırladaq ki, avqustun 29-da Azər­baycan Qızıl Aypara Cəmiyyəti tərəfin­dən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün 40 ton un göndərilib. Yük maşınları Rusiya sülhməramlıla­rının nəzarət etdiyi Ağdam–Xankəndi yolundakı postunda gözləyir. Yardımın Xankəndiyə çatdırılmasına şərait yara­dılması üçün Rusiya sülhməramlı kon­tingentinin komandanlığı ilə cəmiyyətin yetkililəri arasında razılıq əldə olunsa da, erməni separatçıları Əskəran yo­lunda barrikada quraraq buna imkan vermirlər. 

İ.HƏSƏNQALA, XQ



Siyasət