Moldova Azərbaycanlıları Konqresinin beynəlxalq ictimaiyyətə müraciəti

post-img

Moldovada fəaliyyət göstərən Azərbaycan icması ölkəmizin sülh səylərinin dəstəklənməsi ilə bağlı bəyanatla çıxış edib.

Moldova Azərbaycanlıları Konqresi adından Moldova Prezidenti xanım Maya San­duya, parlamentin spikeri İqor Qrosuya və Birləşmiş Millətlər Təşkilatının Moldo­vadakı rezident-əlaqələndi­ricisi Saymon Springettə ün­vanlanan bəyanatda bildirilib ki, Azərbaycan əsilli moldo­valılar Ermənistanda möv­cud revanşist əhvali-ruhiyyəli qüvvələrin və erməni diaspo­runun yolverilməz əməlləri nəticəsində Cənubi Qafqaz regionunda yaranmış möv­cud vəziyyətdən dərin nara­hatlıq hissi keçirirlər.

Moldova Azərbaycanlıları Konqresi bu kritik və önəmli mərhələdə beynəlxalq təşki­latları erməni uydurmalarına inanmamağa çağırıb. İşğal­dan azad edilmiş Qarabağda irimiq­yaslı bərpa-yenidənqurma layihələri həyata keçirmək məqsədilə bölgəyə böyük sərmayələr yatıran Azərbayca­nın sülhsevər mövqeyini əməli şəkildə dəstəkləməyə və tərəflər arasında konstruktiv dialoqun təşviqinə yardım göstərməyə dəvət edib.

XQ

Siyasət