İslam Əməkdaşlıq Təşkilatı Komissiyasının üzvləri Bakıda

post-img

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın dəvəti əsasında İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Səfərin əsas məqsədi Ermənistan tərəfindən dini-mədəni abidələrimizin və azərbaycanlılara məxsus qəbiris­tanlıqların dağıdıldığı yerlərdə və İkinci Qarabağ müharibəsi zamanı Ermənis­tanın hərbi hücumlarına məruz qalmış, mülki əhalinin sıx məskunlaşdığı yaşa­yış məntəqələrində faktaraşdırıcı missi­ya həyata keçirməkdir.

Dünən qonaqlar Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanında Azər­baycanın ərazi bütövlüyü və müstəqilli­yi uğrunda həlak olmuş şəhidlərin ruhu ehtiramla yad edilib, məzarları üzərinə çiçəklər qoyulub.

XQ

Son xəbərlər