Saxlanılan ermənilər öz əməllərindən peşman olublar

post-img

Azərbaycanda saxlanılan üç erməni gələcəkdə müxtəlif iddialar səsləndirə bilər. Bunun qarşısının alınması məqsədilə dərhal onlarla görüşdük. Onlar da Azərbaycan Hökumətinə təşəkkürlərini bildirdilər və təbii ki, öz əməllərindən peşman olduqlarını ifadə etdilər.

Bu sözləri jurnalistlərə açıqlama­sında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (om­budsman) Səbinə Əliyeva söyləyib.

“Dediklərinə əsasən, bu əməli törətməkdə onları, necə deyərlər, bö­yükləri məcbur edib. Bu cür addımı atacaqlarından əvvəlcədən xəbərləri olmayıb”, – deyə ombudsman vurğu­layıb.

Ermənilər tərəfindən azərbaycanlı­lara qarşı əsrlər boyu etnik təmizləmə, soyqırımı siyasəti həyata keçirildiyini diqqətə çatdıran Səbinə Əliyeva əlavə edib: “Ermənistanda həbsdə olan vətəndaşlarımızla bağlı işlər davam etdirilir. Mütəmadi olaraq həmin şəxs­lərin ailələri, eləcə də Beynəlxalq Qır­mızı Xaç Komitəsi ilə əlaqə saxlanılır. Məsələ daim diqqətimizdədir”

XQ

Siyasət