İcma: Rəsmi Vaşinqton məsələlərə ikili standartlar prizmasından yanaşır

post-img

ABŞ-ın yalnız Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin hüquq və təhlükəsizliyindən, “blokada”dan danışıb Ermənistandan deportasiya edilmiş azərbaycanlıların hüquqlarına və qayıdışına toxunmaması ədalətsiz və qəbuledilməz yanaşmadır.

Bu barədə Qərbi Azərbaycan İcması­nın ABŞ Dövlət Departamentinin mətbu­at katibi Antoni Blinkenin avqustun 31-də yaydığı bəyanatına cavabında bildirilib.

Qeyd olunub ki, bütün bunlar, eləcə də Qərbi Azərbaycan İcmasının Antoni Blinkenə ünvanladığı məktuba hələ də cavab verilməməsi rəsmi Vaşinqtonun məsələlərə ikili standartlar prizmasından yanaşdığını göstərir.

XQ

Siyasət