İşçi qrupu Kəlbəcərdə

post-img

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupunun növbəti səyyar iclası avqustun 31-də Kəlbəcər rayonunda keçirilib. 

Azərbaycan Respublikası Minatəmiz­ləmə Agentliyindən (ANAMA) verilən mə­lumata görə, tədbirdə ANAMA-nın İdarə Heyətinin sədri, İşçi qrupun rəhbəri Vüqar Süleymanov, İşçi qrupda təmsil olunan mü­vafiq dövlət qurumlarının səlahiyyətli nü­mayəndələri iştirak ediblər.

İclasda çıxış edən Vüqar Süleymanov işğaldan azad olunmuş ərazilərdə minatəmiz­ləmə fəaliyyətinə cəlb edilmiş qurumlar tərə­findən illik tədbirlər planına uyğun həyata ke­çirilən işlərin gedişatı barədə məlumat verib. Habelə mina təhlükəsi ilə mübarizə fəaliyyə­tində qurumların birgə təmizləmə layihələri­nin icrasının, agentlik tərəfindən aparılan mo­nitorinq və keyfiyyətə nəzarət yoxlamalarının keçirilməsinin vacibliyini vurğulayıb. 

İşçi qrupda təmsil olunan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin (MN) rəsmisi MN-in humanitar minatəmizləmə əməliyyatlarına cəlb olunan istehkamçıları tərəfindən 2023-cü il ərzində Kəlbəcər rayo­nu ərazisində yaşayış infrastrukturu, energe­tika və ekoloji layihələr olmaqla 4 min 719 hektar ərazinin mina və partlamamış hərbi sursatlardan təmizləndiyini bildirib. 

Kəlbəcər rayonuna səfər çərçivəsində İşçi qrup üzvləri Müdafiə Nazirliyinin icra etdiyi “Yanşaq yaşayış məntəqəsi” təmizləmə la­yihəsi, bitmiş layihə olan “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası ilə tanış olub, layihələr barədə məlumatlandırılıblar.

XQ

Son xəbərlər