Baş prokuror vətəndaşların müraciətini dinləyib

post-img

Sentyabrın 1-də Baş prokuror Kamran Əliyev Şabran Rayon Prokurorluğunun inzibati binasında Şabran, Siyəzən, Xızı və digər rayonlardan olan vətəndaşlarla görüşüb.

Görüşdə iştirak edən 23 vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmə­də baxılan cinayət işləri üzrə dövlət it­tihamının müdafiəsi, mülki xarakterli mübahisələr, habelə sosial problemlərlə bağlı qaldırdığı məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqan­larında operativ həlli üçün Kamran Əliyev müvafiq göstərişlər verib.

Sonra Baş prokuror əməkdaşlarla görüşlər keçirməklə onlara konkret tapşı­rıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düz­gün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdıqlarını diqqətə çatdırıb.

Q.QASIMOV, XQ

Son xəbərlər