Putin və Ərdoğan 4 sentyabrda Soçidə görüşəcəklər

post-img

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan sentyabrın 4-də Soçidə görüşərək danışıq aparacaqlar. Bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib. Xəbəri “İnterfaks.ru” yayıb. 

Peskov jurnalistlərin bu barədəki sualına cavabında bildirib: “Danışıqlar həftənin birinci günü başlayacaq. Bu, Soçidə baş verəcək”. 

“Görüş günorta olacaq”, - deyə Peskov əlavə edib. 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

Siyasət