Sərsəng Su Anbarı ekoloji fəlakət mənbəyidir

post-img

Sərsəng Su Aanbarında yaranmış qəza vəziyyəti ilə əlaqədar Azərbaycanın ekolojiyönümlü qeyri-hökumət təşkilatları bəyanatla çıxış ediblər. Ölkənin 16 vətəndaş cəmiyyəti qurumu rəhbərinin imzaladığı sənəddə Ağdərə–Kəlbəcər ərazisindəki bu nəhəng hidroqurğunun ekoloji fəlakət mənbəyinə çevrilməsi həyəcanla beynəlxal aləmin nəzərinə çatdırılır.

Sənəddə bildirilir ki, Tərtərçayın üzə­rində – Rusiya sülhməramlı kontingenti­nin müvəqqəti yerləşdiyi Azərbaycan əra­zisindəki Sərsəng Su Anbarı Ermənistan və onun himayə etdiyi qüvvələr tərəfindən məqsədyönlü şəkildə ekoloji və sosial-iq­tisadi terror vasitəsinə çevrilib: “Qəza və­ziyyətində olan su anbarı aşağı hissədə yerləşən yaşayış məntəqələri, təsərrüfat­lar və infrastruktur obyektləri üçün ciddi təhlükə yaradır. Sərsəng Su Anbarının Ermənistan və onun himayə etdiyi qanun­suz rejimin tör-töküntüləri tərəfindən qəs­dən Azərbaycan əhalisinə qarşı ekoloji və sosial-iqtisadi terror vasitəsi kimi istifadə olunması yolverilməzdir”.

Bvəyanatda daha sonra qeyd edilir ki, 47 il əvvəl istismara verilmiş su anbarının təmir və bərpasına ciddi ehtiyac var. 30 ildən artıqdır ki, Ermənistan bu su anba­rını qanunsuz istismar edib, iqtisadi və ekoloji cinayətkarlıqla məşğul olub: “An­barın mövcud qəza vəziyyəti onun aşağı hissəsində yerləşən yaşayış məntəqələ­ri, təsərrüfatlar və infrastruktur obyektləri üçün ciddi təhlükə yaradır. Ötən dövrdə Ermənistanın qanunsuz fəaliyyətini da­vam etdirməsi Sərsəng su anbarında hər an dəhşətli humanitar fəlakətə səbəb ola bilər”.

Bəyanatda erməni separatçılarının su anbarını cinayət vasitəsinə çevirməsinin Böyük kənd təsərrüfatı potensialı və mün­bit torpaq ehtiyatlarına malik Tərtər, Ağ­dam, Bərdə, Goranboy, Yevlax və Ağca­bədi rayonlarının min hektar əkin sahəsini sisuz qoyması kəskin ittiham olunur. Son­da bildirilir: “Ermənistan və onun himayə etdiyi qanunsuz rejimin tör-töküntülərinin Azərbaycana qarşı ekoloji terror fəaliyyəti dərhal dayandırılmalı və Sərsəng Su An­barının idarəçiliyi Azərbaycan Respubli­kasının aidiyyəti dövlət qurumlarına təhvil verilməlidir!”.

XQ

Siyasət