Rusiya–Azərbaycan münasibətləri uğurla inkişaf edir

post-img

Avqustun 31-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimovla görüşüb. 

Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında siyasi, iqtisadi, mədəni-humanitar münasibət­lərlə yanaşı, dini-mənəvi əlaqələrin də mövcud səviyyəsindən razılıq ifadə olu­nub. QMİ sədri yeni səfirin bu əlaqələ­rin inkişafı istiqamətində öz səylərini əsirgəməyəcəyinə ümidvar olduğunu bildirib. Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası ilə Qafqaz Müsəlmanları İdarəsinin dinlərarası dialoq sahəsində səmərəli əməkdaş­lıq münasibətlərinin mövcudluğundan, ölkəmizin dini həyatında, dini konfessi­yalar müstəvisində fəal icma olaraq işti­rakından razılıq ifadə edilib.

İkinci Qarabağ müharibəsində Azər­baycan xalqının işğaldan azad etdiyi ərazilərdə gedən genişmiqyaslı quru­culuq işləri, infrastruktur layihələri ilə yanaşı, vandalizmə məruz qalmış di­ni-mənəvi irsin dirçəldilməsi, məscidlə­rin və pravoslav, alban-udi kilsələrinin, digər məbəd və ziyarətgahların yenidən qurulması, bərpası, qorunması sahə­sində misilsiz işlər görüldüyünü deyən Allahşükür Paşazadə bütün bunların Prezident İlham Əliyevin möhkəm siya­si iradəsi sayəsində həyata keçirildiyini qürurla qeyd edib. 

M.Yevdokimov Rusiya ilə Azər­baycan arasında geniş spektr üzrə münasibətlərin hər iki dövlətin məna­feləri naminə uğurla davam və inkişaf etdiyini vurğulayıb. Diqqətə çatdırıb ki, Rusiya Federasiyası bölgədə sülhün davamlı olması, habelə humanitar yü­kün Qızıl Aypara Cəmiyyətinin xətti ilə Ağdam-Xankəndi yolundan keçirilməsi istiqamətində öz səylərini əsirgəmir. 

XQ

Son xəbərlər