İcma xəbərləri

post-img

Ermənistanın Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ehtiyacı olanları ərzaq ilə təmin etməsinin qarşısını alması Qarabağın erməni əhalisinin ərzaqla təminatında, əslində, problem olmadığını və ya yardıma ehtiyac olmasına baxmayaraq, bu yardımdan mənfur siyasi məqsədlər və etnik nifrət səbəbi ilə imtina edildiyini göstərir. 

Bu barədə Qərbi Azərbaycan İcması­nın həmin məsələ ilə bağlı bəyanatında bildirilib.

“Qərbi Azərbaycan İcması dünya ic­timaiyyətini Ermənistanın bu qeyri-insani və irqçi siyasətini pisləməsini, ona son verməsi və əhalinin təchizatına mane olmağını dayandırması üçün bu ölkəyə təzyiq etməyə çağırır”, – deyə bəyanat­da vurğulanıb.

***

Qərbi Azərbaycan İcması Almaniya Bundestaqının xarici məsələlər komitəsi­nin sədri Mihael Rotun Avropa İttifaqının Ermənistandakı missiyasının Azərbay­can ərazilərini də əhatə etməsinin va­cibliyi ilə bağlı bəyanatına dair açıqlama yayıb. 

Açıqlamada M.Rotdan Azərbayca­nın suverenliyinə qarşı yönəlmiş bu cür təxribatçı bəyanatlardan çəkinmək tələb edilib. “M.Rotun diqqətinə çatdırırıq ki, Avropa İttifaqının Ermənistandakı mis­siyasının patrul apardığı ərazilərin əksə­riyyəti vaxtilə azərbaycanlıların yaşadığı və deportasiya edildiyi ərazilərdir. Qərbi Azərbaycan İcması hesab edir ki, M.Rot Ermənistan hökumətini azərbaycanlıla­rın öz dədə-baba yurdlarına qayıdışına imkan yaratmağa və Avropa İttifaqının missiyasını bu prosesə töhfə verməyə çağırmalıdır”, – deyə Qərbi Azərbaycan İcmasının açıqlamasında bildirilib. 

***

Fransa Azərbaycana qarşı təxribatla­rı davam etdirir. Bu dəfə estafet Parisin meri Ann İdalqo başda olmaqla, fransız şəhərlərindən “humanitar yardım” şousu təşkil edən heyətə ötürülüb. 

Bu bərədə Qərbi Azərbaycan İcma­sından bildirilib.

Qeyd olunub ki, Ann İdalqo və onunla gələn fransız heyət siyasi hoqqabazlıq­lara, dini təəssübkeşlik əsasında azər­baycanlılara qarşı nifrətə son qoymalıdır. 

XQ

Son xəbərlər