“Sputnik” radiosunun Qarabağda yayımı dayandırılıb

post-img

“Sputnik” radiosunun Qarabağda yayımının davam etdirilməsi üçün Azərbaycanın icazəsi lazımdır.

Bu barədə “Rossiya seqodnya” mediaqrupunun baş direktoru Dmitri Kiselyov Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələlə­ri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitəsi sədrinin birinci müa­vini Konstantin Zatulinin mək­tubuna cavab olaraq bildirib.

Məktubda qeyd olunur ki, “Sputnik” radiosunun Qarabağda yayımının dayan­dırılması Ermənistanın baş naziri Nikol Paşinyanın İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tanımağa və Ermənistanın ərazisini 1991-ci ilin sərhəd­lərində qeyd etməyə hazır olması barədə bəyanatı ilə bağlıdır. D.Kiselyov vurğula­yıb ki, söhbət radio yayımının tam deyil, müvəqqəti dayan­dırılmasından gedir.

“Rəsmi Bakıdan yayımı davam etdirmək üçün bütün aktual hüquqi normalara uy­ğun icazə alınarsa, regionda yayımı da­vam etməyə hazırıq”, – deyə D.Kiselyov əlavə edib.

XQ

Son xəbərlər