Müdafiə Nazirliyinin məlumatı

post-img

Avqustun 31-i saat 10:55 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətindəki mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. 

Bu barədə Müdafiə Nazirliyindən mə­lumat verilib. Ordumuzun bölmələri gö­rülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işləri dərhal dayandırıblar.

***

Dünən saat 19:30 radələrində Ermə­nistan silahlı qüvvələrinin bölmələri Basar­keçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelə­rini atıcı silahlardan atəşə tutub.

***

Dünən saat 20:15-də Ermənistan si­lahlı qüvvələrinin bölmələri Qafan rayonu istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respub­likasının Ordubad rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb

XQ

Son xəbərlər