Ədliyyə naziri Şamaxıda vətəndaşlarla görüşüb

post-img

Avqustun 31-də ədliyyə naziri Fikrət Məmmədov Şamaxıda İsmayıllı, Qobustan, Şamaxı və digər rayonlardan olan vətəndaşlarla görüşüb. 

Qəbulda vətəndaşların ədliyyə fəaliyyə­ti ilə bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərə dair aidiyyəti tapşırıqlar verilib. Bu zaman Vətən müharibəsi iştirakçılarının və şə­hid ailələrinin qayğılarına xüsusi həssaslıqla yanaşılıb.

Səfər çərçivəsində nazir, həmçinin yerli əd­liyyə orqanlarına və məhkəməyə baş çəkərək iş şəraiti ilə tanış olub, ədliyyə işçiləri və hakimlər­lə görüşüb, təməli Ulu öndər tərəfindən qoyulan və dövlətimizin başçısının müasir çağırışlara uyğun həyata keçirdiyi ədliyyə və məhkəmə is­lahatlarından danışılıb, qarşıda duran vəzifələr diqqətə çatdırılaraq, müvafiq tapşırıq və töv­siyələr verilib.

XQ

Son xəbərlər