Kəmaləddin Heydərov Şəkidə qəbul keçirib

post-img

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov avqustun 31-də Şəki şəhərində, nazirliyin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Şəki və Qax rayonlarının sakinləri ilə görüş keçirib.

Fövqəladə hallar naziri tərəfindən qə­bul edilən Şəki və Qax rayonlarının sakin­lərinin müraciətlərinin əksəriyyəti yerində həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri təd­birlərin görülməsi barədə nazirliyin aidiy­yəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.

Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri, nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri də vətəndaşlarla görüşüb.

XQ

Son xəbərlər