Yaponiya ilə ticarət 56 faiz çoxalıb

post-img

Bu ilin yanvar–iyul aylarında Azərbaycanla Yaponiyanın ticarət dövriyyəsi 244 milyon 366 min dollar təşkil edib.

Dövlət Gömrük Komitəsinin mə­lumatına görə, bu göstəricinin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisə­də 56,3 faiz və ya 88 milyon dollar çox­dur. Bu dövrdə respublikamızdan Yapo­niyaya ixracın həcmi 0,5 faiz azalaraq 9 milyon 792 min dollar, Yaponiyadan ölkəmizə ixracın həcmi isə 60 faiz arta­raq 234 milyon 574 min dolar təşkil edib.

XQ

İqtisadiyyat