Qarabağdakı qanunsuz rejim buraxılmalı və tərksilah edilməlidir

post-img

"Qarabağdakı qanunsuz rejim buraxılmalı və tərksilah edilməlidir".

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiya­sının Xarici siyasət məsələləri şöbə­sinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında paylaşımında bildirib.

"Azərbaycan Qızıl Aypara Cəmiyyə­tinin tədarük etdiyi buğda ununun isteh­sal mənşəyinə görə (Azərbaycan) rədd edilməsi qeyri-qanuni marionet rejimin izlədiyi irqçilikdir. Azərbaycan artıq öz torpağında nəzarətsiz zonaya tolerant­lıq göstərə bilməz. Qanunsuz rejim bu­raxılmalı və tərksilah edilməlidir", – o paylaşımında qeyd edib.

XQ

Siyasət