Qardaş ölkələrin müdafiə nazirləri görüşdülər

post-img

Türkiyədə işgüzar səfərdə olan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Milli müdafiə naziri Yaşar Gülərlə görüşüb.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovun da iştirak etdiyi görüşdə hər iki qardaş və dost ölkənin dövlət başçılarının səmimi münasi­bətlərinin digər sahələrdə olduğu kimi hərbi əməkdaşlıq sahəsinə də müsbət təsir etdiyi xüsusi vurğulanıb.

Azərbaycan və Türkiyə respublika­ları arasında qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın bun­dan sonra da uğurla inkişaf etdiriləcə­yinə əminlik ifadə olunub. Ölkələrimiz arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu qeyd edilib.

Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əmək­daşlığın inkişaf perspektivləri müzakirə edilib, həmçinin bu istiqamətdə görülən işlərin daha da genişləndirilməsinin va­cibliyi bildirilib.

***

Azərbaycanın Müdafiə naziri ge­neral-polkovnik Zakir Həsənov qar­daş ölkəyə işgüzar səfəri çərçivəsində rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün mavzoleyini – Anıtqəbri ziyarət edib.

Qeyd edək ki, müdafiə nazirinin Türkiyədə işgüzar səfəri davam edir.

XQ

Son xəbərlər