Zaxarova nə demək istəyir?

post-img

Əvəz RÜSTƏMOV

[email protected]

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova əlində tutduğu kağız parçasından aydın şəkildə oxudu və bildirdi ki, Laçın dəhlizindəki mövcud vəziyyət Qarabağın Ermənistan tərəfindən Azərbaycan ərazisi kimi tanınmasının nəticəsidir. Bu tanınma 2022-ci ilin oktyabrında və 2023-cü ilin mayında Avropa İttifaqının himayəsi altında iki ölkə liderlərinin iştirakı ilə keçirilmiş sammitlərin yekunlarına əsasən qeydə alınıb. 

M.Zaxarova onu da dedi ki, hazır­kı məqamda Rusiya özünün bölgədəki hərbi kontingentinin vəzifəsini Ermənis­tan tərəfindən Qarabağın Azərbaycana məxsusluğunun tanınması nəticəsində yaranmış yeni şərtlər əsasında, Qara­bağ ermənilərinin hüquq və vəzifələrinin təminatı, o cümlədən, Bakı–Xankəndi birbaşa dialoqunun yaradılması konteks­tində görür və yer üzündə mümkün olan bütün vasitələrdən istifadə edir ki, bunlar reallaşsın.

Bəli, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ermənistan baş naziri Nikol Paşinyanı Qarabağdakı hu­manitar böhrana görə ittiham edir. O, indiki durumu Nikolun Azərbaycanın əra­zi bütövlüyünü tanıması ilə əsaslandırır­sa, ortaya belə bir sual çıxır: “Paşinyan Qarabağı Azərbaycan olaraq tanıdığını bildirməsəydi, Zaxarova nə deyəcəkdi?” Söhbət Zaxarovadan getmir. Ümumən, Rusiya tərəfinin hansı addımlar atacağı maraqlı idi. Amma söhbətimiz bu barədə deyil. 

İndiki halda Zaxarovanın sözləri bö­yük dramaturqumuz Cəfər Cabbarlının “Sevil” pyesindəki Balaş obrazına ün­vanlanmış xitab kimidir: “Öz cəzandır, çək, Balaş!” Amma Mariya xanım yalnız “Öz cəzandır, çək, Paşik” demir. Onun hədəfi bütövlükdə Ermənistandır. 

Əslində, Zaxarova nə demək istədi? Çalışacağıq ki, yazımızda bunu bir qədər obrazlı şəkildə oxucularımıza çatdıraq. Elə Zaxarovanın özünü də obraz kimi götürək. Yəni, Rusiyanın obrazı. Nəzərə alaq ki, bu obraz iki gün öncəki brifinqdə həqiqətləri bacardığı qədər sərt, ancaq diplomatik tərzdə dilə gətirdi. Əlbəttə, o, başqa məqamları da diqqətə çatdıra bilərdi. Görünür, körpüləri tam yandırmaq istəmədi. Əlqərəz, xanım Zaxarova bun­ları demək istədi: Ermənistan, ümumən erməni xalqı 2018-ci ildə inqilab edib N.Paşinyanı hakimiyyətə gətirəndə səh­və yol verdi. Nikolun demokrat qiyafə­sinə bürünüb anti-Rusiya bəyanatlarını alqışlayanda ikinci səhvi etdi. Erməni xalqı üçüncü səhvi Paşinyan “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını səs­ləndirən zaman onun üçün əl çalanda buraxdı. Paşinyana heç kəs deməmişdi ki, apar başını divara vur. Azərbaycan divar idi, özü də lay divar. Siz ermənilər bunu görməmisiniz. Çünki həmişə bizim kölgəmizdə olmusunuz. Bizim kölgəmizi öz kölgəniz bilmisiniz. Elə sanmısınız ki, böyüksünüz. Siz heç...

Biz siz erməniləri 2020-ci ildə Azər­baycanın əlində qalıb ölməkdən qurtar­dıq, üçtərəfli Bəyanatın imzalanmasına nail olduq. Bildirdik ki, hər şey həmin sənəd çərçivəsində olmalıdır. Siz isə gedib Avropaya sığındınız. Avropalılar siz ermənilərə Qarabağın Azərbaycan ərazisi olduğunu dedizdirdilər! Paşinyan boynunu büküb dedi! 

Biz illər ərzində buna yol vermirdik. Hə, sizin yerliləriniz olan Sarkisyan və Koçaryan da köməyimizə çatırdı. Haq­larını vermək lazımdır. Çox həyasız və murdar məxluqdurlar, ancaq əsl erməni, Qafqazdakı erməni obrazının müasir və unikal obrazlarıdır. Baxın, Sarkisyan bir dəfə danışıqlardan tualet adı ilə çıxıb geri dönməmişdi. Özümüzə də təəccüb­lü gəlmişdi. Xeyli gülmüşdük...

Nə isə 1830-cu ildə bizim Paskeviç sizi bu bölgəyə, o cümlədən, Qaraba­ğa ona görə gətirib ki, sözümüzə baxıb mənafeyimizi qoruyasınız. Murdarlıqlar etmisiniz, ara qarışdırmısınız, yol kəs­misiniz, qətllər törətmisiniz, öz işinizdir. Amma göz yummuşuq... Biz sizə dövlət də verdik. Siz isə bölgəyə gəlişinizdən 188 il sonra bizə dönük çıxdınız. İnqi­lab elədiniz. İstədiniz demokrat olasınız, dünyada qəbul olunasınız. 

Ay axmaqlar, siz bizsiz heç nəsi­niz! Avropalılar sizi aldadıb, hələ də al­dandığınızı anlamayıb, ağlaşma qurub üstümüzə gəlirsiniz? Heç utanırsınız? Abrınız-həyanız varmı? Kənarda hər zi­bili qaynadıb quyruğunuz qapı arasında qalanda, yadınıza biz düşürük. Bu qədər yox da... Hə, unutmuşdum axı, siz ermə­nisiniz. Bəs, niyə demokratik ölkə olmaq istədiniz? Nəyinizə lazım idi demokrati­yanı qapısı, pəncərəsi olmayan kirli pas­lı otağınızın bacasından içəri salmaq? Görürsünüz, demokratiyanın havası sizə düşmədi. Yaxşı hava da ziyanlıdır. Sizin nəfəsiniz pisliyə, üfunətli qoxuya öyrə­şib axı... Çox səhvlər etmisiniz. Yenə də edirsiniz. Yenə gedib fransızlara, al­manlara sığınırsınız. Dünyadakı başıboş ermənilər Okampo, Mendes və başqa dələduzları tutub sizin mənafeyinizi qo­rumaqla bağlı çağırışlar edirlər. Xeyri olurmu? Olmayacaq! 

Siz axı, nə bilirsiniz BMT nədir? Kim­di sizi orada dinləyən? Durub BMT-də məsələ qaldırırsınız! Anlayın ki, bizsiz sizin qaldırdığınız məsələ lakmus kağızı kimi bir şeydir. Üzünüzə də baxan yox­dur. Ölkənizə demokratiyanı sizi bizdən qoparmaq üçün gətirdilər. İndi onlar tır­ları düzüblər Laçına. Şou yaradırlar. 44 günlük müharibə vaxtı yaratdıqları şou­nun köməyi oldumu? Azərbaycan gəlib Şuşada oturdu. Şuşi deyirdiniz ha, bax o Şuşada. Yox bir Şuşi!!! 

İndi Xankəndidəsiniz. Azərbaycan əsgərinin Şuşadan dayanıb üstünüzə tüpürməyi bəs edəcək ki, oradan da qaçasınız. Qorxmaz, məğrur erməni xalqı. Özünüz barədə mif yaradırsınız. Ay sarsaqlar, siz necə qorxmazsınız, necə mərdsiniz ki, ondan-bundan kömək umursunuz. Ömrü boyu da ummusunuz. 

Nə isə çox uzatmaq istəmirəm. Dəqiqəbaşı zənciri qırmış it kimi üstü­müzə gəlməyin. Bezmişik sizin şikayət­lərinizdən. Günahkar ola-ola şikayət də edirsiniz. Gedin, şikayətlərinizi çox sev­diyiniz avropalılara, amerikalılara edin. Biz öz bildiyimizi edəcəyik. Biz yenə də sizi qorumaq istəyirik. İstəyirik ki, Qara­bağdakı ermənilər orada qalsınlar, ya­şasınlar. Sonrasına baxarıq. Təkliflər də veririk ki, necə yaşaya bilərlər. Əvvəlki vaxt deyil. Azərbaycan da əvvəlki Azər­baycan deyil. Vəssalam!

Siyasət