Xankəndidə hansı rus icmasından söhbət gedir?

post-img

Özlərini “rus icması” kimi təqdim edənlərin bəyanatları regionda sabitliyi pozmaq, dünya ictimaiyyətinə yanlış məlumat vermək və Qarabağ ermənilərinin çoxmillətli, multikultural Azərbaycan cəmiyyətinə inteqrasiya prosesini ləngitmək cəhdidir. Bu, Azərbaycan Konstitusiyasının normalarına tamamilə ziddir.

Bu barədə Azərbaycanın Rus İcması Respublika Şurasının Qarabağ bölgəsinin "saxta rus icması"nın siyasi kart oynamaq cəhdinə münasibət bildirdiyi bə­yanatda bildirilir.

“Qarabağ iqtisadi rayonunun erməniəsilli sakin­ləri Azərbaycan Respublikasının vətəndaşlarıdır və ölkəmizin rəsmi qanunlarına uyğun yaşamalıdırlar. Azərbaycanda 1993-cü ildə Ədliyyə Nazirliyi tərəfin­dən qeydiyyata alınmış və bu gün bir rus icması var. Sayı 120 min nəfərdən çoxdur. Təşkilatımız bütün beynəlxalq strukturlar tərəfindən tanınır və 30 ildir fəa­liyyət göstərir. Əgər Qarabağ sakinləri arasında Azər­baycanın rus icmasına qoşulmaq istəyən etnik ruslar varsa, o zaman təşkilata üzv olmaq üçün bizə müraciət etsinlər. Biz onların müraciətlərinə cavab verməyə və bunun üçün bütün lazımi məlumatları təqdim etməyə hazırıq”, - bəyanatda qeyd olunur.

XQ

Siyasət