Diaspor təşkilatlarımızdan beynəlxalq ictimaiyyətə müraciət

post-img

Belçikada fəaliyyət göstərən Brüssel Azərbaycan Evi Cənubi Qafqaz bölgəsində yaranmış durumla və ölkəmizin sülh səylərinin dəstəklənməsi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.

Birləşmiş Millətlər Təşkilatının Ce­nevrədəki nümayəndəliyinə ünvanla­nan bəyanatda Azərbaycan əsilli bel­çikalıların Ermənistanda mövcud olan revanşist əhval-ruhiyyəli qüvvələrin və erməni diasporunun yolverilməz əməl­ləri nəticəsində regionda yaranmış mövcud vəziyyətdən dərin narahatlıq keçirdikləri qeyd edilib.

Brüssel Azərbaycan Evi beynəlxalq təşkilatları erməni uydurmalarına inan­mamağa, işğaldan azad edilmiş Qara­bağ bölgəsində irimiqyaslı bərpa-ye­nidənqurma layihələri həyata keçirən sülhsevər Azərbaycanın mövqeyini dəstəkləməyə və tərəflər arasında konstruktiv dialoqun təşkilinə yardım göstərməyə çağırıb.

***

Fransa Azərbaycanlıları Koordinasi­ya Şurasının adından Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki nümayəndə­liyinə müraciət ünvanlanıb. Sənəddə Fransa Azərbaycanlıları Koordinasiya Şurası beynəlxalq təşkilatları erməni uydurmalarına inanmamağa, işğaldan azad edilmiş Qarabağ bölgəsində iri­miqyaslı bərpa-yenidənqurma layihələri həyata keçirən sülhsevər Azərbaycanın mövqeyini dəstəkləməyə və tərəflər arasında konstruktiv dialoqun təşkilinə yardım göstərməyə çağırıb.

***

Niderland–Belçika Azərbaycanlı­ları Koordinasiya Şurasının BMT-nin Cenevrədəki nümayəndəliyinə ünvan­lanan bəyanatında Ermənistan silahlı qüvvələri tərəfindən döşənmiş minalar nəticəsində indiyədək Azərbaycanın 300-dən çox günahsız mülki vətənda­şının və hərbi qulluqçusunun öldüyü və yaralandığı, regional əməkdaşlığa sa­diqliyini qonşu Gürcüstanın timsalında sübut edən Azərbaycanın beynəlxalq hüquqa uyğun olaraq öz ərazilərin­də suverenliyini qorumağa çalışdığı, Xankəndi-Laçın yolunun açıq olduğu kimi faktlar sadalanıb.

Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurası beynəlxalq təşki­latları Azərbaycanın sülhsevər mövqe­yini dəstəkləməyə və tərəflər arasında konstruktiv dialoqun təşkilinə yardım göstərməyə çağırıb.

***

Niderlandın Rotterdam şəhərində fəaliyyət göstərən Benilüks Azərbay­canlıları Konqresi ölkəmizin sülh səylə­rinin dərk edilməsi və dəstəklənməsi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.

Benilüks Azərbaycanlıları Konqresi beynəlxalq təşkilatları erməni yalanla­rına inanmamağa, işğaldan azad edil­miş Qarabağ bölgəsində irimiqyaslı bərpa-yenidənqurma layihələri həyata keçirmək məqsədilə çoxmilyardlı sər­mayələr yatıran Azərbaycanın sülh­sevər mövqeyini əməli şəkildə dəstək­ləməyə çağırıb.

***

Sidney şəhərində fəaliyyət göstərən Avstraliya Azərbaycanlıları Assosiasi­yası da beynəlxalq ictimaiyyətə müra­ciət edib.

Assosiasiyanın adından Birləşmiş Millətlər Təşkilatının Avstraliyanın Yeni Cənubi Uels ştatındakı nümayəndəliyinə ünvanlanan bəyanatda Azərbaycan əsilli avstraliyalılar Ermənistanda mövcud olan revanşist əhval-ruhiyyəli qüvvələrin və erməni diasporunun yolverilməz əməlləri nəticəsində Cənubi Qafqaz regionunda yaranmış mövcud vəziyyətdən dərin narahatlıq hissi keçirdiklərini qeyd edir, beynəlxalq təşkilatları erməni yalanlarına inanmamağa, Azərbaycanın sülhsevər mövqeyini əməli şəkildə dəstəkləməyə çağırıb.

“Xalq qəzeti”

Siyasət