İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının iclası

post-img

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Müdafiə Nazirliyində keçirilib.

İclasdan əvvəl tədbir iştirakçıları Nazirliyinin Kibertəhlükəsizlik Əməliyyatları Mərkəzi və Hərbi Hava Qüvvələrinin yeni istifadəyə verilmiş Mərkəzi Komanda Məntəqəsinin fəaliyyəti ilə tanış olublar. 

Müdafiə nazirinin birinci müavini –Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev sahə üzrə layihələrlə bağlı ətraflı məlumat verib.

Komissiyanın sədri İlqar Musayev Müdafiə Nazirliyi tərəfindən informasiya təh­lükəsizliyinin təmin edilməsi istiqamətində görülmüş işləri yüksək qiymətləndirib. 

Gündəliyə uyğun olaraq, Koordinasiya Komissiyasında informasiya təhlükəsiz­liyinə dair dövlət qurumlarından daxil olan məsələlər müzakirə olunub. Komissi­yaya üzv qurumların nümayəndələrindən ibarət yaradılmış və 5 fərqli istiqamət üzrə fəaliyyət göstərən işçi qruplarda keçirilən görüşlərin nəticəsi və görülən işlərlə bağlı məlumat verilib, müvafiq qərarlar qəbul olunub.

Q.QASIMOV, “Xalq qəzeti”

Son xəbərlər