İqtisadi fəal əhalinin sayı

post-img

Dövlət Statistika Komitəsindən bildi­rilib ki, avqustun əvvəlində ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon 231,9 min nəfəri ötüb, onlardan 4 milyon 942,8 min nəfərini məşğul əhali təşkil edib.

Hazırda muzdla çalışan işçilərin sayı 1 milyon 725,5 min nəfər, o cümlədən iqtisa­diyyatın dövlət sektorunda 894,2 min nəfər, qeyri-dövlət sektorunda isə 831,3 min nəfər olub. İqtisadiyyatın neft-qaz sektorunda 31,6 min nəfər, qeyri-neft-qaz sektorunda isə 1 milyon 693,9 min nəfər çalışıb.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,9 faizi məhsul istehsalı sahələrin­də, o cümlədən 7,5 faizi emal sənayesində, 6,3 faizi tikintidə, 3,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,0 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,9 faizi mədənçıxarma sənayesin­də, 1,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələ­rində məşğul olub. 

Xidmət sahəsində işləyənlərin 19 faizi təhsil, 18,8 faizi ticarət; nəqliyyat vasitələri­nin təmiri, 8,4 faizi əhaliyə səhiyyə və sosi­al xidmətlərin göstərilməsi, 6,5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5 fa­izi inzibati və yardımçı xidmətlərin göstəril­məsi, 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,6 faizi peşə, elmi və texniki fəaliyyət, 3,1 faizi istirahət, əyləncə və incəsənət, 2,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,1 faizi maliyyə və sığorta fəaliyyəti, 1,9 faizi informasiya və rabitə, 1,1 faizi daşınmaz əm­lakla əlaqədar əməliyyatlar və 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrin­də çalışıblar.

“Xalq qəzeti”

Son xəbərlər