Şahin Mustafayev Rusiyanın Azərbaycandakı səfirinə başsağlığı verdi

post-img

Avqustun 17-də Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Rusiya səfirliyində olub və Azərbaycan hökuməti adından Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində insan tələfatı ilə bağlı başsağlığı kitabına ürək sözlərini yazıb.

Bu barədə Rusiyanın Azərbaycan­dakı səfirliyi məlumat yayıb.

Ş.Mustafayev Rusiyanın Azərbay­candakı səfiri Mixail Yevdokimova da başsağlığı verib, xəsarət alanların tez­liklə sağalmasını diləyib.

“Xalq qəzeti”

Son xəbərlər