Ermənistan prosesə başqa ölkələri də cəlb etməyə çalışır

post-img

Şuşa Bəyannaməsini necə unutmaq olar?

 

Tərəflərdən hər hansı bi­rinin fikrincə, onun müstəqil­liyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq sə­viyyədə tanınmış sərhədlə­rinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfin­dən təhdid və ya təcavüz edil­diyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsə­dilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müva­fiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərə­cəklər.

Azərbaycan və Türkiyə prezidentlərinin imzaladığı Müttəfiqlik fəaliyyəti haqqında Şuşa Bəyannaməsindən

 

Bəlkə kimsə mənə irad tutacaq ki, rəsmi dövlət qəzeti üçün hazırlanmış materialda hansısa ölkənin ( hətta, o dövlətin oyuncaq, forpost olduğu dəfələrlə qeyd edilsə belə – İ. M.) başçısını riyakarlıqda, iküzlülükdə, terroru, təxribatı, işğalı dəstəkləməkdə ittiham etmək doğru deyil. Əgər elə bir irad eşitsəm, deyərəm ki, Nikol Paşinyanın adına həmin “epitetləri” Ermənistan ziyalıları neçə ildir ki, az qala hər gün yapışdırırlar. Düz edirlər. Çünki Nikol təkcə yalançı, fırıldaqçı, boşboğaz deyil. O, həm də anlamaz adamdır. 

Əgər nəyisə anlaya bilsəydi 44 günlük İkinci Qarabağ müharibəsinin yekunlarından nəticə çıxarardı. İndi müxalifətçiləri ittiham etmək üçün deyir ki, İkinci Qarabağ müharibəsi zamanı kimlərsə ( Robert Koçaryan və Serj Sarkisyanı nəzərdə tutur) qaçıb gizlən­mişdi. Bəs özü harada idi? Kapitulyasi­ya aktını harada oturub imzalamışdısa, erməni ekspertlər hələ də öyrənə bil­mirlər. Fərasətsizliyinə və digər mənfi keyfiyyətlərinə, utancgətirən əməllə­rinə haqq qazandırmaq üçün dəfələrlə deyib ki, mən həmin üçtərəfli bəyanatı imzalamasaydım, daha 20 min əsgəri­miz ölə bilərdi. Bəs indi nə oldu? İndi niyə həmin 20 min əsgərin ölümə gön­dərilməsinə göstəriş verirsən? 

Kütləvi informasiya vasitələrinin son günlər yaydığı çoxsaylı məlumat­lar açıq-aydın sübut edir ki, Ermənis­tan rəhbərliyi hərbi əməliyyatların ye­nidən başlanmasına zəmin yaratmağa çalışır. Bildirilir ki, qanunsuz erməni quldur dəstələrinin üzvləri Qarabağ iqtisadi rayonunun yaşayış məntəqələ­rinə müxtəlif artilleriya qurğuları və hərbi texnika toplayır və burada atəş mövqeləri hazırlayırlar. “Humanitar yük” şousu nəticə vermədiyinə görə, ənənəvi terror və təxribat ssenarilərini işə salmağa çalışırlar. 

Məqsəd nədir? Məqsəd hərbi əmə­liyyatları yenidən başlamaq və mü­naqişəyə Rusiya, İran və ya Fransanın da qarışmasına nail olmaqdır. Unudur­lar ki, Rusiya rəhbərliyi Kremli elə bir bataqlığa salıb ki, bu ölkə hələ bir neçə ilə həmin vəziyyətdən çıxa bilməyəcək. Ona görə də Kreml rəsmiləri İrəvana “münaqişənin həllini gələcəyə saxla­yın! – komandasını verməkdən o yana keçə bilməyəcək. Üstəlik, Moskva Uk­rayna məsələsinə görə çoxsaylı sank­siyalarla üzləşdiyinə görə onlar hələ hansısa forpost ölkənin çağırışlarına, yalvarışlarına məhəl qoymaq halında deyillər. 

Həm işğal dövründə, həm də İkinci Qarabağ müharibəsi günlərində İrəva­nın əsas himayədarlarından olan İran İslam Respublikası isə özü üçün elə bir daxili problem yaradıb ki, indi artıq İrəvanın əvəzinə, kiminləsə düşmənçi­lik etməyə nə marağı var, nə də gücü. Bir tərəfdən də, rəsmi Tehran Şuşa Bəyannaməsi ilə yaxşı tanış olub. İran rəsmiləri həmin sənəddə yazılanların fərqindədirlər. Yəni İrəvan tədricən bu dayaqdan da məhrum olur. 

İrəvanın digər “bacısı” Paris isə La­çın nəzarət-buraxılış məntəqəsi önün­də toyuq yumurta üstündə oturan kimi, sakitcə mürgü vuran “Volvo” “tır”larının yanında dayanmaq üçün bir maşın “humanitar yük” göndərməklə öz işini bitmiş hesab etdi. 

Dehli isə həm coğrafi baxımdan, həm də Cənubi Qafqazdakı mü­naqişəyə hansısa bağlılıq baxımından çox uzaqdır. Erməni mətbuatı yazır ki, Hindistan rəhbərliyi Cənubi Qafqaz­da sülh yaradılmasının tərəfindədir. Əvvəla, sülh tərəfdarı olan ölkə mü­naqişədəki tərəflərdən hansınasa silah göndərməz. Hətta, o silahlar köhnə və yararsız olsa belə. İkinci, rəsmi Dehli, həqiqətən, sülh tərəfdarıdırsa, onda nə üçün on illər boyu davam edən Kəşmir münaqişəsinin həllinə nail ola bilmir? Çünki mövqeləri ədalətli deyil. Ədalətli mövqeyi olmayan kiminsə ermənilərin dərdinə dərman tapacağı da absurd və gülüncdür. 

Ona görə də iş qalır Rusiya “sülh­məramlılarının” köməyi ilə Qarabağa gətirilmiş İŞİD və PKK tör-töküntülə­rinə. Paşinyan və ətrafındakılar anlaya bilmirlər ki, məlum Şuşa Bəyannaməsi­ni imzalayaraq üzərinə çoxsaylı öhdə­liklər götürmüş Rəcəb Tayyib Ərdoğan Türkiyə rəhbərliyinə gəldiyi gündən bəri PKK deyilən qaniçənlərin qəni­minə çevrilib. Onların ən zəhərlisini dünyanın o biri başından tutub İmralı­ya gətirən Türkiyə üçün Qarabağdakı PKK silahlılarını dənə-dənə toplayıb təhlükəsizləşdirmək nə problemdir ki? Ümumiyyətlə, Şuşa Bəyannaməsi ölkələri üçün Qarabağda heç bir prob­lem yoxdur. Əlavə edək ki, İraq Şam İslam Dövləti də Türk Ordusunun əli­nin duzunu az görməyib. Ona görə də Qarabağa gətirilmiş İŞİD və PKK qüv­vələri Ermənistanın hansısa arzusunu reallaşdırmaq gücündə deyil. 

O ki qaldı, Ermənistan rəhbərliyinin BMT Təhlükəsizlik Şurasına ünvan­ladığı müraciətlərə, birmənalı olaraq deyə bilərik ki, həmin addım “saman çöpündən yapışmaq”dan başqa bir şey deyil. Çünki bu qurum ötən əsrin 90-cı illərində bir milyona yaxın azərbaycan­lının hüquqlarının qorunması məqsə­dilə dörd qətnamə qəbul etmişdi. 30 il öz qətnamələrini icra etməyə gücü çat­mayan həmin təşkilat indi yalan, uydur­ma, absurd məsələlərə baş qoşacaq? İnanmıram ki, BMT TŞ İrəvanın xa­hişlərinə görə Azərbaycan və Türkiyə kimi qüdrətli dövlətlərlə münasibətləri korlasın. Hər halda, hər şeyi zaman göstərəcək. 

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

Siyasət