Ərdoğan: Azərbaycanla əməkdaşlığımız regionda sülh üçün şərait yaradıb

post-img

“Can Azərbaycanla sərgilədiyimiz həmrəylik sayəsində 30 il işğal altında olan Qarabağ azad edildi”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada “Səfirlərin 14-cü Konfransı”nda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bununla da Cənubi Qafqazda davamlı sülh və sabitliyin əldə olunması üçün önəmli bir fürsət yaranıb.

“Suriyanın şimalında terrorçulara qarşı aparılan hərbi əməliyyatlar cənublu vətəndaşlarımızın təhlükəsizliyini təminat altına alıb”, – Türkiyə Prezidenti əlavə edib.

Azərbaycanla əməkdaşlığımız regionda sülh üçün şərait yaradıb.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Azərbaycanla əməkdaşlığımız nəticəsində 30 il işğal altında olan, Azərbaycanın ayrılmaz hissəsi Qarabağ geri qaytarıldı” – deyə o qeyd edib.

Ərdoğan bildirib ki, Türkiyə Azərbaycanla bütün sahələrdə əməkdaşlıq edərək əlaqələrini daha da möhkəmləndirəcək.

Siyasət