Qərbi Azərbaycan İcması bir qrup fransız deputatın qərəzli müraciətini kəskin qınayıb

post-img

Qərbi Azərbaycan İcması bir qrup fransız deputatın Azərbaycana qarşı düşmənçiliyə çağıran, beynəlxalq hüquqa həqarət olan qərəzli müraciətini kəskin şəkildə pisləyir və bunu Fransa cəmiyyətində tüğyan edən irqçiliyin, islamofobiyanın və azərbaycanofobiyanın bariz göstəricisi kimi dəyərləndirir.

Qərbi Azərbaycan İcmasından ve­rilən məlumata görə, fransız deputat­lara xatırladılıb ki, onların iddia etdiyi “etnik təmizləmə” siyasəti öz torpaq­larını Ermənistanın 30 illik işğalından azad edən və hazırda Qarabağ böl­gəsində yaşayan erməni sakinlərin reinteqrasiyasında qərarlı olan Azər­baycan tərəfindən deyil, qərbi azər­baycanlıları Ermənistandan deporta­siya etmiş, onların qayıdış hüququnu inkar edən, onilliklər boyu Azərbaycan ərazilərini işğal altında saxlamış Er­mənistan tərəfindən törədilib.

Fransız deputatların diqqətinə çat­dırılıb ki, ciddi-cəhddə müdafiə etdik­ləri Avropa İttifaqının Ermənistandakı Missiyasının hər gün patrul apardığı ərazilərin əksəri vaxtilə qərbi azərbay­canlıların yaşadığı və 30 il öncə de­portasiya edildiyi ərazilərdir.

Əgər fransız deputatları həqiqətən də iddia etdikləri “beynəlxalq hüquq”, “demokratik dəyərlər” maraqlandır­saydı, onda onlar separatizmi, re­vanşizmi, cəzasızlığı təşviq edən Ermənistanı və qondarma qurumun qalıqlarını deyil, sülh və birgəyaşayış ideyalarını təşviq edən Qərbi Azər­baycan İcmasını, onun Ermənistanla dialoq təklifini və Qərbi azərbaycan­lıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdışını dəstəkləməliy­dilər.

Qərbi Azərbaycan İcması fransız deputatlardan Azərbaycanın suveren­liyinə və ərazi bütövlüyünə qarşı qəsd­dən, bölgədə vəziyyəti gərginləşdirən fəaliyyətdən çəkinməyi və ölkəmizin daxili işlərinə qarışmamağı tələb edib. Həmin deputatlar öz ölkələrində hökm sürən irqçiliyə və islamofobiyaya qar­şı mübarizə aparmağa, Korsika dilini qadağan etməməyə və müstəmləkə təfəkküründən əl çəkməyə çağırılıb.

Siyasət