Ermənistan Qarabağın erməni sakinlərinin reinteqrasiyasına əngəl törətməməlidir

post-img

Vətəndaş cəmiyyəti təşkilatları Azərbaycan Respublikasının Qarabağ regionunun erməni sakinlərinin reinteqrasiyasının Ermənistan Respublikası tərəfindən əngəllənməsi haqqında bəyanat yayıb. 

Sənəddə 15 vətəndaş cəmiyyəti təşkilatlı bey­nəlxalq ictimaiyyətin diqqətini Ermənistan hökumə­tinin və qeyri-qanuni rejimin qalıqlarının öz siyasi məqsədlərinə çatmaq üçün yaratdıqları süni ma­neələrə cəlb edərək bildirir: “Çoxmillətli ölkə olan Azərbaycan ərazisində yaşayan ermənilərin və di­gər etnik azlıqların bərabər hüquqlar çərçivəsində, dinc şəkildə yaşaya və işləyə bilməsi üçün əlverişli mühit yaradır. Azərbaycan Respublikasının Konsti­tusiyası etnik və dini mənsubiyyətindən asılı olma­yaraq, bütün vətəndaşlara bərabər hüquqlar şamil edir. Azərbaycan öz Konstitusiyasına, qanunverici­liyinə uyğun olaraq, Azərbaycanın Qarabağ bölgə­sində yaşayan erməni sakinlərin hüquq və təhlükə­sizliyini də təmin edəcəkdir. Ermənistanın bir sıra məmurları tibbi evakuasiya üçün funksional olan Laçın yolu haqqında siyasi manipulyasiya və spe­kulyasiya yaratmağa çalışırlar. Bu iddialar tamamilə əsassızdır və təkzib edirik”.

Sonda deyilir: “Beynəlxalq ictimaiyyət bilməlidir ki, Azərbaycan blokada yaratmır, əksinə, yardım təklif edir. Lakin qeyri-qanuni rejimin qalıqlarının təxribatları humanitar yardımdan imtina deməkdir.Biz Ermənistan hökumətini təxribatları dayandırma­ğa çağırırıq”.

“Xalq qəzeti”

Siyasət