Misir səfiri Qafqaz Müsəlmanları İdarəsində

post-img

Dünən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri Hişam Mohamed Nağı Abdel Həmidi ilə görüşüb.

Söhbətdə şeyxülislam A.Paşazadə Azərbaycan­la Misir arasında tarixən mövcud olmuş əlaqələrin əhəmiyyətindən, Misirin İslam dünyasında önəmli yerindən, habelə misirli alim və üləmaların dəyərli irsindən ətraflı danışıb. 

Misir səfiri Hişam Mohamed Nağı Abdel Həmidi Azərbaycanda fəaliyyət göstərməkdən məmnunlu­ğunu bildirib, ölkələrimiz arasında təkcə siyasi de­yil, elmi, dini, ictimai sahələr üzrə də əlaqələrin yük­sələn xətt üzrə irəliləməsindən şad olduğunu deyib. Şeyxülislam A.Paşazadəni Beynəlxalq Müsəlman Ağsaqqalları Şurasına üzv olması münasibətilə təbrik edən səfir üzvlük barədə sənədin əslini QMİ sədrinə təqdim etməkdən şərəf duyduğunu bildirib. 

Diplomat, eyni zamanda, Misir Prezidenti Əb­dülfəttah Əs-Sisinin himayəsi altında bu ilin okt­yabrında keçiriləcək Dünya Fətva Evləri təşkilatının iclasına dəvət məktubunu şeyxülislam A.Paşaza­dəyə təqdim edib. 

“Xalq qəzeti”

Son xəbərlər