İcma: Fransa Azərbaycanın daxili işlərinə müdaxilə etməməlidir

post-img

Qərbi Azərbaycan icması Fransa Xarici İşlər Nazirliyinin Laçın yolu ilə bağlı 2023-cü il 27 iyul tarixli qərəzli bəyanatını qınayır, Fransanı Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə, Azərbaycanın daxili işlərinə müdaxilə etməməyə çağırır.

Bu barədə icmanın açıqlamasında bildirilib. 

Qeyd olunub ki, Qərbi Azərbaycan İcması Fransanı ikili standartlar siyasətinə son qoymağa, beynəlxalq hüququn norma və prinsiplərini selektiv şəkildə təfsir etməməyə, icma ilə dialoqun aparılması və Qərbi azərbaycanlıların sülh və əmin-amanlıq şəraitində Ermənistanda öz dədə-baba yurdlarına qayıtması üçün Ermənistana çağırış etməyə dəvət edir.

 

Siyasət