“Rədd ol, Fransa!”

post-img

27 iyulda Nigerin paytaxtı Niamey şəhərində yüzlərlə insan parlament binası qarşısına toplaşaraq, Fransanın destruktiv fəaliyyətinin əleyhinə qarşı çıxış edib.

Aksiya iştirakçıları “Rədd ol, Fransa! Fransa, bizi rahat burax!”, “Fransa bizim problemləri həll edə bilmədi, taleyimizi öz əlimizə götürməliyik” və bu kimi digər anti-fransız sloqanlar səsləndirib. Onlar, həmçinin Fransa qoşunlarının Nigerdən çıxarılmasını tələb ediblər.

Yerli sakinlər müasir avadanlığa və NATO standartlarına uyğun Fransa ordusunun 2014-cü ildən regionda cihadçılara qarşı əməliyyat aparmaq adı altında mövcudluğuna baxmayaraq, terrorizmin hələ də davam etməsini, terror aktlarının azalmamasını anlaya bilmirlər və haqlı olaraq düşünürlər ki, Fransa regionda öz mövcudluğunu uzunmüddətli şəkildə təmin etmək üçün cihadçılara dəstək göstərir.

Son xəbərlər