XİN: Qeyri-qanuni fəaliyyətlərin qarşısı qətiyyətlə alınacaq

post-img

Ötən ilin dekabr ayından etibarən Ermənistanın qeyri-qanuni fəaliyyətinə qarşı etiraz aksiyalarına baxmayaraq, gün ərzində Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) daxil olmaqla, yüzlərlə nəqliyyat vasitəsinin Laçın yolundan keçidi təmin edilib. Azərbaycan tərəfindən “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin təsis edilməsindən sonra da gün ərzində məntəqədən tənzimlənən və şəffaf qaydada hər iki istiqamətə keçid təşkil olunub.

Bu sözləri Xarici İşlər Nazirliyinin Mət­buat xidməti idarəsinin rəhbəri Ayxan Ha­cızadə Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə­si Cozep Borelin 26 iyul tarixli bəyanatına münasibət bildirərkən söyləyib.

“İyunun 15-də “Laçın” buraxılış məntəqəsinə qarşı silahlı hücuma, qa­çaqmalçılıq cəhdlərinə, eləcə də iyulun 26-da “humanitar yük” adı altında avto­mobil karvanının göndərilməsi təxribatına baxmayaraq, Azərbaycan tərəfi bölgədə fəaliyyət göstərən BQXK ilə əməkdaşlığı­nı davam etdirərək erməni sakinlərin tibbi məqsədlə keçidini təşkil edib, BQXK va­sitəsilə tibbi yüklərin gətirilməsinə imkan yaradıb.

Daha böyük yüklərin Azərbaycan əra­zisinə gətirilməsinə gəldikdə, Ermənistan­dan irəli gələn təhdidlər nəzərə alınmaq­la, Ağdam-Xankəndi və digər alternativ yollardan istifadə olunması təklifi ilə çıxış edib.

Bu təklifin Avropa İttifaqı, BQXK daxil olmaqla, beynəlxalq tərəfdaşlar tərəfin­dən müsbət qarşılanmasına baxmayaraq, Ermənistan tərəfinin və özlərini yerli er­məni sakinlərin nümayəndələri kimi təq­dim edən şəxslərin buna mane olması, yolları bağlayaraq yüklərin daşınmasının qarşısını alması, “gərgin humanitar vəziy­yət” barədə spekulyasiyaların siyasi ma­nipulyasiyadan başqa bir şey olmadığını sübut edir”, - deyə o bildirib.

Mətbuat katibi vurğulayıb ki, Azər­baycan beynəlxalq öhdəliklərinə sadiq olmaqla yanaşı, öz ərazisində qeyri-qa­nuni fəaliyyətlərə legitimlik qazandırılma­sı cəhdlərinin qarşısını qətiyyətlə alacaq.

“Xalq qəzeti”

Siyasət