“Laçın” dövlət sərhəd-buraxılış məntəqəsindən 34 erməni keçib

post-img

Qarabağın erməni əhalisinin Azərbaycan-Ermənistan sərhədində fəaliyyət göstərən “Laçın” dövlət sərhədində buraxılış məntəqəsindən Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə Xankəndiyə sərbəst keçidinə növbəti dəfə şərait yaradılıb.

Ermənistandan Xankəndi istiqamə­tinə hərəkət edən 7 nəqliyyat vasitəsi və 30 şəxs buraxılış məntəqəsində qayda­lara uyğun olaraq yoxlanıldıqdan sonra yollarına davam edib.

Qeyd edək ki, Xankəndiyə keçidi təmin edilən 30 nəfərdən 10-u BQXK-nın üzvü, 14-ü Ermənistandan tibbi müalicədən qa­yıdan erməni sakin, 5-i onları müşayiət edən ailə üzvləri, həmçinin 1-i tibbi perso­nalın əməkdaşıdır. Bu da onu göstərir ki, dövlət sərhədindən buraxılış məntəqəsin­də Azərbaycan tərəfindən hər hansı ma­neə yoxdur. Təkcə bu gün “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsindən hər iki istiqamətə erməni vətəndaşların sər­bəst keçidi təmin olunub.

Son günlər Ermənistanın sərhəddə yol verdiyi əməllər birbaşa siyasi şou, mani­pulyasiya və təxribat xarakteri daşıyır.

“Xalq qəzeti”

Son xəbərlər